Rus təyyarəsinə atəş açıldı - havada gərgin anlar

23 İyul, 2019 11:49 | Siyasət | Baxış sayı: 212
Hərbi təyyarə
Hərbi təyyarə

Cənubi Koreya Rusiya Hərbi Kosmik Qüvvələrini hava məkanını pozmaqda ittiham edib

Cənubi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi Rusiya Hərbi Hava Qüvvələrini ölkənin hava məkanını pozmaqda ittiham edib.

Koreya mətbuatının məlumatına görə, Rusiyaya məxsus hərbi təyyarənin hava sərhəddini iki dəfə Yapon dənizi üzərində pozub. Rəsmi Seul havaya F-15K və F-16K qırıcılarını qaldırıb. Qırıcılar siqnal raketləri buraxıb və xəbərdarlıq atəşi açıblar. Rus təyyarəsi Cənubi Koreya hava məkanında 6 dəqiqə qaldıqdan sonra ölkə ərazisini tərk edib. Amma 18 dəqiqə sonra yenidən Cənubi Koreya hava məkanına daxil olub və bu dəfə burada 4 dəqiqə qalıb.

Cənubi Koreya Müdafiə Nazirliyi yaranan insidentlə bağlı Rusiya səfirinə Seulun etirazını çatdıracağını vurğulayıb.

Rusiya Müdafiə Nazirliyi Cənubi Koreyanın "F-16" qırıcısından Rusiyanın strateji bombardıman təyyarəsi olan "Tu-95MC" tərəfə atəş açılmasını təkzib edib. "Heç bir xəbərdarlıq atəşi olmayıb. Əgər rus pilotlar  təhlükəsizliyə hədə hiss etsəydilər onların cavbları özünü çox gözlətməzdi".