“Quska”ya cəza istəniləcək

23 İyul, 2019 15:55 | Siyasət | Baxış sayı: 52
Hüseyn Abdullayev
Hüseyn Abdullayev

Məhkəmə istintaqının başa çatdığı elan olunub

Bu gün Bakı Hərbi Məhkəməsində “Quska” ləqəbli iş adamı Hüseyn Abdullayevin məhkəməsi keçirilib.

İstiPress-in məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses təxirə düşüb.

İyulun 23-də keçirilən iclasda məhkəmə istintaqının başa çatdığı elan olunub. Həmin məhkəmə iclası günü dövlət ittihamçısı çıxış etmək üçün vaxt istəyib.

Bugünkü iclasda ittihamçının “Quska”ya, onun anasına və digər təqsirləndirilənlərə cəza istəyəcəyi gözlənilirdi. Lakin proses baş tutmadığı üçün cəzanın istənilməsi növbəti iclasa qalıb.

Məhkəmə avqustun 21-də davam etdiriləcək.