Prezident narkotiklərlə bağlı sərəncam verdi

23 İyul, 2019 08:42 | Siyasət | Baxış sayı: 243
Sərəncam imzalandı
Sərəncam imzalandı

Tədbirlər planı təsdiqləndi

Prezident İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda deyilir: 

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilsin.

Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və onun icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndirilməsi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə edilsin.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının icrası sahəsində görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Dövlət Proqramının həyata keçirilməsi üzrə TƏDBİRLƏR PLANI belədir: