Pənah Hüseyn və Tural Abbaslı polisə çağırıldı - xəbərdarlıq edildi

23 İyul, 2019 11:04 | Siyasət | Baxış sayı: 71
Pənah Hüseyn
Pənah Hüseyn

Polis razılaşdırılmayan çıxışların qarşısını alacağını deyib

Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbüs qrupunun üzvləri – Pənah Hüseyn və Tural Abbaslı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, xəbərdarlıq edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, icazəsiz mitinq keçirilməsi ilə bağlı onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacaq.

Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə vurğulanıb ki, polis paytaxtda asayişin, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir.