İrandan savaş açıqlaması

23 İyul, 2019 13:18 | Siyasət | Baxış sayı: 133
İran bayrağı
İran bayrağı

"Gərginlik başladan tərəf olmayacağıq"

"İran heç bir şəkildə savaş və ya gərginlik başladan tərəf olmayacaq". Bunu İran prezidenti Həsən Ruhani deyib.

Prezident sarayından verilən yazılı açıqlamada qeyd edilir ki, İraqın baş naziri Adil Abdulmehdi gözlənilmədən Tehrana səfər edib. Onunla görüşündə prezident regiondakı vəziyyəti müzakirə edib.

Ruhani bildirib ki, regional məsələlər qonşular və bölgə ölkələri arasında gerçəkləşdirilən dialoq, müzakirələrlə həll edilməlidir. "İran bölgədə və ya başqa ölkələr ilə gərginliyi artırmaq istəmir. Tarix boyunca İran Əmman körfəzi, Hörmüz boğazında gəmiçilik fəaliyyətinin davam edə bilməsi üçün mühafizəçi məzuliyyətini üzərinə götürüb".