Ermənilərin xilas yeri

23 İyul, 2019 11:31 | Siyasət | Baxış sayı: 78
Miqrasiya
Miqrasiya

Rusiyaya qaçanların sayı 3 dəfə çoxalıb

Ağır sosial iqtisadi vəziyyətdə olan Ermənistandan qaçış sürətləndirib. Ancaq yanvar-aprel aylarında Rusiyaya miqrasiya edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxalıb. Bu barədə erməni mətbuatı Qaydar adına Siyasi-İqtisadi İnstitutun araşdırmasında bildirilib. İyunun 1-də Rusiya ərazisinə 49 mindən çox Ermənistan vətəndaşı gedib. 

Dörd ayda Rusiyaya müxtəlif ölkələrdən miqrasiya edənlərin sayı 98 min nəfər olub. 2018-ci ilin eyni dövründə bu rəqəm 57,1 min nəfər idi. 2019-cu ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya 12,8 min nəfər miqrasiya edib. Ötən il isə bu rəqəm 4,9 min nəfər olub.

Rusiya ən çox miqrasiya edənlər Qazaxıstan, Tacikistan, Belarus, Moldova və Ukrayna vətəndaşlarıdır. Ukrayanaya da ən çox miqrasiya edən isə Ermənstan vətəndaşlarıdır.