Ermənilər yenə narazıdırlar

23 İyul, 2019 10:57 | Siyasət | Baxış sayı: 56
İrəvanda aksiya
İrəvanda aksiya

Bu dəfə onlar Paşinyanın məhkəmə ilahatlarına etiraz edirlər

"Biz məhkəmə qərarı olmadan əmlakın müsadirəsi və total yoxlamalardan çəkiməyə çağırırıq". Bu barədə Ermənistanda siyasi partiyaların yeni hökumətə qarşı bəyanatında qeyd edilir.

Bəyanatda qeyd edilir ki, hakimiyyət korrupsiya ilə mübarizə və xalq hakimiyyəti, məhkəmə sistemindəki çatışmazlıqlara aradan qaldırmaq adı altında məhkəmə sistemini saxtalaşdırmaq üçün bütün yollara əl atır. 

Yeni məhkəmə sistemçi layihəsi baş nazir Nikol Paşinyanın başçılığı ilə hazırlanıb. Yerli mətbuat da bu layihədən razı deyil. KİV yazır ki, hakimiyyət ilə cəmiyyət arasındakı uçurum saatbasaat dərinləşir. Budan da bir nəticə çıxır  - payız Ermənsitanda çox qızmar olacaq.