Britaniyaya türk əsilli baş nazir

23 İyul, 2019 15:20 | Siyasət | Baxış sayı: 201
Boris Conson
Boris Conson

Boris Conson Osmanlıda yazıçı və jurnalist olan Əli Kamalın nəticəsidir

Böyük Britaniyanın yeni baş naziri seçilib. Tereza Meyi bu postda Boris Conson əvəz edəcək. Yeni baş nazirin əsas hədəfi oktyabrın 31-də Britaniyanı Avropa İttifaqından tam çıxarmaq üçün hazırda davam edən hüquqi prosedurları yekunlaşdırmaqdır.  

B. Conson səslərin 66 faizini toplayaraq öz rəqibini qabaqlayıb. Onunla birlikdə Baş nazir və Mühafizəkarlar partiyasının sədri vəzifələri uğrunda hazırkı xarici işlər naziri Ceremi Hunt mübarizə aparıb. 

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Tereza Mey bu ilin may ayında istefa verib.

Boris Conson London şəhərinin meri (2008-2016) və Böyük Britaniyanın xarici işlər naziri (2016-2018) vəzifələrində çalışıb. Consun Osmanlı Dövləti dönəmində yazıçı və jurnalist olan Əli Kamalın nəvəsi olan Stanley Johnsonun oğludur.