ABŞ-dan savaş anonsu: "10 milyon adam ölər"

23 İyul, 2019 09:22 | Siyasət | Baxış sayı: 203
ABŞ ordusu
ABŞ ordusu

"Bu savaşı 1 həftədə bitirə bilərik, amma..."

"Əfqanıstanda savaşmaq istəsəydik bu müharibəni 1 həftədə qalib kimi bitirərdik. Amma 10 milyon adamı öldürmək istəmirəm". Bunu ABŞ prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, belə hal olarsa Əfqanıstan yer üzündən silinər. "Belə savaş bir həftə və ya 10 günə bitərdi. Ancaq bu yolu seçmək istəmirəm". 

ABŞ lideri Pakistanın baş naziri İmran Xan ilə Ağ evdəki görüşündən sonra Oval ofisdə jurnalistlərin suallarına cavab verib. Amerika lideri Pakistanın da köməyi ilə Əfqanıstanda uzun illərdir davam edən qarşıdurmalarda yaxın zamanda nəticə almağa ümid etdiklərini dilə gətirib. 

Tramp deyib ki, Amerika orada savaşmır, polis rolunu ifa edir. "Əfqanıstanla bağlı, savaşı qazanmaqla bağlı planlarım var. Pakistan bizə bu məsələdə kömək edəcək. 19 ildir bu ölkədəyik, bu doğurdanda komik vəziyyətdir. Pakistan bu mövzu ilə bağlı çox iş görəcək. Buna inanıram. Milyonlarla insanın həyatını xilas edəcək".