Ərdoğan Putinlə özünü ən yaxşı sayıb

23 İyun, 2018 10:54 | Siyasət | Baxış sayı: 201
V.Putin və R.T.Ərdoğan
V.Putin və R.T.Ərdoğan

Türkiyə prezidentinin seçki qabağı bəyanı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, özünü və Rusiya prezidenti Vladimir Putini BMT Baş Assambleyasında ən təcrübəli siyasətçi hesab edir.

İstiPress-in " RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Türkiyə bildirib ki, onun Putinlə oxşar cəhətləri çoxdur.

"Əgər prezidentlik müddətini və baş nazir vəzifəsini tutduğumuz vaxtı tutuşdursaq, onda ümumilikdə 15-16 il edər. Bu proses nəticəsində məhz nəticələr var, həm də görəcəyimiz işlər var", - deyə Ərdoğan bildirib.

Türkiyə lideri diqqəti Moskva və Ankara arasında yaxşı münasibətlər olmasına yönəldib.