Türkiyədən 2 həftəlik ultimatuma cavab

23 May, 2019 11:33 | Siyasət | Baxış sayı: 98
S-400
S-400

XİN rəsmisi belə ultimatumdan söhbət gedə bilməyəcəyini deyib

"Bizə rəsmi olaraq belə bir şey deyilməyib". Bunu Türkiyənin Xarici işlər nazirinin köməkçisi Yavuz Selim Kıran deyib. O, ABŞ-ın S-400 raket kompleksinin alışından əl çəkməsi üçün 2 həftə vaxt verməsi barədə yayılan xəbəri şərh edib. Kıran bir daha xatırladıb ki, Türkiyənin S-400-lə bağlı mövqeyində heç bir dəyişiklik olmayıb və artıq mütəxəssislərin təlimi də başlayıb.

O, ABŞ-ın bu alış-verişlə bağlı sanksiyaları, eləcə də Türkiyəni "F-35" proqramından uzaqlaşdırmaq barədə də xəbərdarlıqlarından danışıb. Nazir köməkçisi Türkiyənin ehtimallarla hərəkət etmədiyini deyib. "Hazırda "F-35" ilə bağlı hər hansı ləngimədən söhbət gedə bilməz. Pilotlarımız ABŞ-da təlimə davam edirlər". 

Xatırladaq ki, ABŞ hökumətinin Türkiyəyə Rusiya "S-400" zenit-raket komplekslərindən imtina etmək üçün iki həftə vaxt verdiyi barədə məlumatı CNBC telekanalı yaymışdı.  Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35"proqramından çıxaracaq.