Trampla Ərdoğan görüşə bilər

23 May, 2019 10:50 | Siyasət | Baxış sayı: 19
Donald Tramp və Rəcəb Tayyib Ərdoğan
Donald Tramp və Rəcəb Tayyib Ərdoğan

Görüş G20 sammitində baş tuta bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə amerikalı həmkarı Donald Trampla görüşə bilər. Bu barədə "Reuters" məlumat yayıb.

Dövlət başçılarının görüşünün Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində baş tuta biləcəyi bildirilir. Bu saamit isə 28-29 iyun tarixlərində olacaq. 

Türkiyə hökümətindən mənbə agentliyə bildirib ki, onlar hazırda bu təqvim üzərində işləyirlər: ”Biz bəzi müsbət siqnallar alırıq, lakin dəqiq zaman hələki müəyyən edilməyib".