Keşikçidağa baxış keçirildi

23 May, 2019 12:41 | Siyasət | Baxış sayı: 79
Keşikçidağ monastrı
Keşikçidağ monastrı

Baxışı “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu həyata keçirib

Mədəniyyət Nazirliyinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğuna baxış keçirilib.

İnstitutun direktoru Telman Kərimli qoruq əməkdaşları ilə əraziyə ilkin baxış keçirib.

Eyni zamanda qoruğun gələcək fəaliyyəti ilə bağlı birgə fikir mübadiləsi aparılıb.