Dünya liderlərindən İlham Əliyevə təbrik mesajları

23 May, 2019 09:12 | Siyasət | Baxış sayı: 28
28 May
28 May

Həmkarları dövlət başçısını Respublika günü münasibəti ilə təbrik edirlər

28 May Respublika günü ilə bağlı Azərbaycan prezidentinə təbriklər gəlməkdə davam edir. İstiPress-in məlumatına görə, onlarla dövlət başçısı bu münasibətlə təbrik məktubları ünvanlayıblar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təbrikində bildirib ki, dost və qardaş Azərbaycanın müstəqilliyini bərpa etməsindən bu günə qədər keçən müddət ərzində bütün sahələrdə qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir. "Uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın bu nailiyyətlərinin artaraq davam edəcəyinə inamımız qətidir.

“Bir millət, iki dövlət” şüarı ilə genişlənən strateji münasibətlərimizin daha da güclənməsi istiqamətində qətiyyətli olduğumuzu bir daha vurğulamaq istəyirəm. Qarşıdakı dövrdə də sıx əməkdaşlığımızın regionumuzda və regionumuzdan kənarda sülh, rifah və sabitliyə mühüm töhfə verəcəyinə səmimi qəlbdən inanıram.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah diləklərimi bir daha ifadə edirəm".

Çin Xalq Respublikasının Sədri Si Cinpin də Azərbaycan xalqına səmimi təbrikləri və ən xoş arzularını çatdırıb. 

Xatırladaq ki, təbrik ünvanlayanlar arasında İsveçin Kralı XVI Karl Qustav, Belçikalıların Kralı Filip, Hindistan prezidenti Ram Nat Kovind,  Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani, o cümlədən Tacikistan, Qırğızıstan, Əlcəzair və s. ölkələrin də prezidentləri var.