Çinli nazir Bakıda YENİLƏNİB

23 May, 2019 14:15 | Siyasət | Baxış sayı: 36
Qəbul
Qəbul

İlham Əliyev qonaqlarla görüşüb

“Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan və Çin arasında əməkdaşlıq üçün geniş imkanlar var.  Bu, bakıda prezident İlham Əliyev mayın 23-də Çin Xalq Respublikasının Xarici İşlər naziri Van Yinin başçılıq etdiyi nümayəndə heyətininin görüşündə bildirilib. 

Dövlət başçısı, ilk növbədə, Çində keçirilən ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Forumuna dəvətə görə Çin tərəfinə minnətdarlığını bildirərək, bunu ölkələrimiz arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirib. Prezident bildirib ki, Çinə son səfəri zamanı Çin Prezidenti ilə keçirilən görüşlər və aparılan səmərəli müzakirələr əlaqələrimizin strateji xarakter daşımasını bir daha təsdiq edib. Dövlət başçısı Çin Xalq Respublikasının Xarici İşlər nazirinin ölkəmizə səfərinin Azərbaycanla Çin arasında əməkdaşlığın çox yüksək səviyyədə olmasını nümayiş etdirdiyini qeyd edib. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Çini daim onun üçün vacib olan məsələlərdə dəstəkləyir.

Xarici İşlər naziri Van Yi Çin Xalq Respublikasının Sədri və onun qeyd etdiyi kimi, prezident İlham Əliyevin dostu Si Cinpinin salamlarını çatdırıb. Qonaq Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək, Bakının dünyada məşhur şəhər olduğunu və ilk saatlardan paytaxtımızın gözəlliyinin dərin təəssürat bağışladığını deyib. O bildirdi ki, Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır və ölkəsi Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. 

Saat 11:40

Çin Xalq Respublikasının Xarici İşlər naziri Van Yinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Bu gün Prezident İlham Əliyev Çindən gələn qonaqları qəbul edib.