Azərbaycan ABŞ-dakı lobbi təşkilatını itirdi

23 May, 2018 17:42 | Siyasət | Baxış sayı: 340
Con Podesta və Hillari Kilinton
Con Podesta və Hillari Kilinton

Bakının ödədiyi pullar açılqlanıb

ABŞ-ın xüsusi prokuroru Robert Müllerin istintaqı ilə əlaqədar “Podesta Group” lobbi təşkilatı mövcudluğuna son qoyub.

İstiPress-in məlumatına görə, xüsusi prokuror şirkətdən xarici dövlətlərlə işi barədə sənədlərin və yazışmaların surətlərini tələb edib. Bundan əlavə, şirkətin əməkdaşları dindirilib.

Üç ay sonra “Podesta Group” sənədləri təqdim edib və İraq, Moldova, Azərbaycan və Səudiyyə Ərəbistanından olan müştəriləri ilə işin dayandırıldığını elan edib. Qeyd olunur ki, şirkət ABŞ-da Azərbaycanın maraqlarını fəal şəkildə müdafiə edib. 

Firmaya Con və Entoni Podesta qardaşları başçılıq edirlər. Bunlardan birincisi 2016-cı ilin seçkilərində Hillari Klintonun seçki qərargahının rəhbəri olub.

Ukraynadakı rusiyapərəst Regionlar Partiyasının maraqları çərçivəsində “Podesta Group” Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin nəzarəti altında olan “Müasir Ukrayna Avropa Mərkəzi” (MUAM) qeyri-kommersiya təşkilatından 1 milyon dollardan artıq vəsait köçürüb. Bundan əlavə, “Podesta Group” ABŞ Konqresinin Xarici əlaqələr komitəsində maraqlarının qorunması üçün Səudiyyə Ərəbistanından təxminən 2.8 milyon alıb. Şirkətin digər müştəriləri arasında Moldovanın Demokrat Partiyasının və Azərbaycanın ABŞ-dakı səfirliyinin adları çəkilir. Qeyd edilir ki, Azərbaycandan olan müştərilər ötən ay ümumi məbləği 110 min dollar olan 3 ödəmə həyata keçiriblər. Bu vəsaitlər həmçinin Azərbaycan hökumətinin Vaşinqtonda maraqlarının qorunmasına sərf edilib.