ABŞ tələsdi - olmayan görüşdən xatirə

23 May, 2018 10:20 | Siyasət | Baxış sayı: 63
Ağ Ev
Ağ Ev

250 sikkə hazırlanıb

Ağ evin hərbi idarəsi hələ baş tutmamış görüşə həsr edilən sikkə hazırladı. İstiPress-in məlumatına görə, sikkə ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Cen Inın iyun 12-də Sinqapurda planlaşdırılan görüşünə həsr edilib. 

Cəmi 250 sikkə var. Onlardan əsasən əcnəbi diplomatlar və hərbçilərə hədiyyə vermək üçün istifadə olunacaq. Bir hissə isə satışa çıxarılacaq. 

Sikkənin bir üzündə hər iki liderin profil görüntüsü yer alıb. Daha gənc təsvir edilən Tramp ciddi şəkildə gülümsəyən həmkarına baxır. Fotoların ətrafında isə ingilis və Koreya dillərində "dinc danışıqlar" sözü yazılıb. Əks tərəfdə isə Ağ ev, ABŞ prezidentinin möhürü əks edilib. 

Sikkə
Sikkə