İranda koronavirusa görə bağlanan parklar açıldı

23 Aprel, 2020 14:11 | Siyasət | Baxış sayı: 67

Parklar ilkin olaraq paytaxt Tehranda açılılıb

İranda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində bağlanan park və bağçalar 1 aydan sonra yenidən açılır.  

İstiPress IRNA-ya istinadən xəbər verir ki, parklar ilkin olaraq paytaxt Tehranda açılılıb.

“Koronavirus artıq azalmağa doğru gedir. Bu da görülən tədbirlərin önəmi və xalqın həmrəyliyinin göstəricisidir”, - daxili işlər nazirinin müavini Hüseyn Zülfiqari bildirib.

Qeyd edək ki, rəsmi məlumata görə, İranda indiyədək koronavirusa yoluxanların sayı 86 minə yaxınlaşıb. Bunlardan 63 113 nəfər virusdan sağalsa da, 5391 nəfər ölüb.