Azərbaycanda qar uçqununa düşən hərbçinin meyiti tapıldı

23 Aprel, 2019 13:06 | Siyasət | Baxış sayı: 95
Qar uçqunu
Qar uçqunu

Fərrux Məmmədovun meyiti bu gün səhər saatlarında tapılıb

Mart ayının əvvəllərində qar uçqununa düşən hərbçinin meyiti tapılıb. Bu barədə məlumat İstiPress-ə FHN-dən verilib. 

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ xilasediciləri qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində həmin hərbi qulluqçulardan ikincisi – əsgər Fərrux Fərman oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, uçqun Daşkəsən rayonunda baş vermişdi. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində aprelin 14-də H.Abdullayevin nəşi tapılmışdı.