ABŞ: “Hizbullah” Azərbaycanda fəallaşıb

23 Aprel, 2019 09:44 | Siyasət | Baxış sayı: 254
"Hizbullah"
"Hizbullah"

Britaniyanaın terror qruplaşaması siyahısına saldığı təşkilatın fəallaşdığı ölkələrin adları açıqlandı

"Hizbullah”ın təsir dairəsi Yaxın Şərqlə məhdudlaşmır. "Onların nümayəndələri bir sıra dövlətlərdə fəallıq göstərirlər. Məsələn, şəbəkənin nümayəndələri Azərbaycanda aşkar ediliblər".

İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bunu brifinq zamanı jurnalistlərə aşıqlamasında ABŞ  Dövlət Departamentinin terrorla mübarizə koordinatoru Nathan Sayles deyib.

"Hizbullah” şəbəkəsi Yaxın Şərqlə məhdudlaşmır ... “Hizbullah”ın keçmiş illərdəki fəallığı Azərbaycan, Bolqarıstan, Kipr, Nigeriya, Panama, Peru və Tailand kimi ölkələrdə ortaya çıxıb".

Ötən ilin noyabr ayında ABŞ "Hizbullah" və onun tərəfdaşlarına qarşı yeni sanksiyaların tədbiqinə başlayıb. Böyük Britaniya isə təşkilatı terrorçu qruplaşamalar sırasına əlavə edib.