İlham Əliyev İsrailə dəvət alıb

23 Aprel, 2018 15:15 | Siyasət | Baxış sayı: 125
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

İsrail Dövlətinin baş naziri Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevi İsrailə səfər dəvət edib.

İstiPress-in məlumatına görə, bu barədə dövlət başçısının saytında məlumat verilir.

B.Netanyahu İ.Əliyevi Azərbaycan prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik edib.

“Sizə münasib olan vaxtda İsrailə səfər etməyiniz barədə təklifimi yenidən ali diqqətinizə çatdırıram”, - B.Netanyahunun təbrik məktubunda deyilir.

Baş nazir İsrailin “Azərbaycanla əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək” niyyətində olduğunu qeyd edib.