Vilayət Eyvazovdan yeni təyinat

23 Mart, 2020 14:59 | Siyasət | Baxış sayı: 129
Vilayət Eyvazov
Vilayət Eyvazov

Polis mayorunun vəzifəsi böyüdü

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı yeni əmr imzalayıb.

İstiPress-in məlumatına görə, nazirin əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi, polis mayoru Anar Hüseynov vəzifəsindən azad edilib. O, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin rəis müavini təyin edilib.

Bundan öncə həmin vəzifəni tutan polis polkovnik-leytenantı Vahid Cəfərov sərəncama götürülüb. 

Qeyd edək ki, həmin şöbənin rəisi, polis polkovniki Zəfər Abıyev təqaüdə göndərilib. O, Daşkəsən rayon icra başçısı Əhəd Abıyevin qardaşıdır.