Vilayət Eyvazovdan daha bir təyinat

23 Yanvar, 2020 19:57 | Siyasət | Baxış sayı: 88
Vilayət Eyvazov
Vilayət Eyvazov

Daxili İşlər naziri əmr imzalayıb

Daxili işlər orqanlarında yeni təyinat olub.

İstiPress-in məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.