Qarabağdan qaçan ermənilər və Paşinyan

23 Yanvar, 2020 17:09 | Siyasət | Baxış sayı: 652

Ermənistan baş naziri erməniləri inandırıb ölkədə saxlaya bilmir

Dünyanın müxtəlif ölkələrinə səpələnmiş ermənilərin Ermənistan Respublikasına köçürülməsi ilə məşğul olan heç bir ciddi təşkilat bu işin renallaşacağına inanmır.

İstiPress-in məlumatına görə, belə təşkilatların zaman-zaman açıqladığı rəqəmlər Ermənistanda ermənilərin sayının getdikcə azalacağından xəbər verir.

Məsələn, Ermənistanda fəaliyyət göstərən “Repat Armenia” təşkilatının bir neçə ay öncə açıqladığı məlumata görə, Ermənistan müstəqillik qazanandan bəri, yəni 1991-ci ildən bu yana xaricdən Ermənistana cəmi 50 min erməni köçüb. Bunun Ermənistan statistika komitəsinin əhalinin sayı ilə bağlı məlumatları ilə tutuşduranda ermənilərin ölkələrindən köçüb getməkdə maraqlı olduğunu görmək mümkündür. Statistikaya görə, 1991-ci ildə Ermənistanın əhalisinin sayı 3,7 milyon olub və hazırda 2,9 milyondur, yəni əhalinin sayı rəsmi statistikaya görə, 0,8 milyon azalıb. Əhalinin real sayı isə müxtəlif mənbələrə görə müxtəlif cür qiymətləndirilir - məsələn Fransadakı erməni diasporunun qiymətləndirməsinə görə, Ermənistanda real olaraq 1,4 milyon adam yaşayır. Rusiyadakı diasporun təmsilçiləri isə prezident Putinlə görüş zamanı tarixi vətənlərində 1,9 milyon adam yaşadığını etiraf etmişdilər. Yəqin Rusiyadakı diaspor bu ölkədə əmək miqrantı kimi qeydiyyatdan keçmiş 600 min ermənini də nəzərə alırlar.

“Repat Armenia”nın icraçı direktoru Vartan Marşalyanın sözlərinə görə, inkişaf etmiş ölkələrdəki iri erməni diasporlarının təmsilçiləri Ermənistanla heç bir əlaqə saxlamırlar, yəni geri qaytmaq barədə də düşünmürlər.  

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Rusiyadakı erməni diasporunun təmsilçisi, jurnalist Mamikon Babayan “Vestnik Kavkaza” portalında yazdığı məqalədə soydaşlarının tarixi vətənlərinə az maraq göstərməsini Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirir. Onun sözlərinə görə, ölkədən mühacirət edənlər hər an müharibə başlaya biləcəyini vurğulayaraq, xaricə köçürlər.

Buna görə də, Mamikon Babayan düşünür ki, Ermənistan baş naziri Nikol Paşinyan repatriasiya barədə inqilab öncəsi verdiyi vədə əməl edə bilməyəck. Çünki Qarabağ münaqişəsini həll etmədən, erməniləri xoş gələcəyə inandıra bilməyəcək.  Ermənistanın siyasi xronikasından belə görünür ki, Paşinyan da sələfi Serj Sarkisyan kimi Qarabağ münaqişəsinin həllindən yayınmağa çalışır. Nəticə isə, ən yeni tarix göstərdiyi kimi, Ermənistanın məhvinə doğru aparır. Yəni Qarabağı əlində tutmaq istəyən Ermənistan demoqrafik bataqlıqda özü boğulur.