Prezidentin Davos görüşləri

23 Yanvar, 2020 08:33 | Siyasət | Baxış sayı: 6
İsveçrə prezidenti ilə görüş
İsveçrə prezidenti ilə görüş

İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti və Gürcüstanın Baş naziri ilə bir araya gəlib

Prezident İlham Əliyevin Davos görüşləri davam edir. Ötən gün dövlət başçısı İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşüb. 

Yanvarın 22-də İlham Əliyevin Davosda Gürcüstanın Baş naziri Giorgi Qaxariya ilə görüşü də olub.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Ölkələrimizin iştirakı ilə qlobal və regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinin önəmi vurğulandı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunuldu. Bildirildi ki, yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya üçün yeni baxış – dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda keçirilən iclasda bu layihənin önəmi qeyd edilib və onun yeni əməkdaşlıq formatının yaradılmasında xüsusi rolu vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.