İlham Əliyev Putinlə görüşün anonsunu verdi

23 Yanvar, 2020 09:27 | Siyasət | Baxış sayı: 37
İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

Hələlik iki liderin görüşü il bağlı konkret vaxt təyin edilməyib

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putin ilə bir sıra görüşlər keçirmək niyyətində olduğunu bildirib. "Hələlik konkret tarix yoxdur. Ancaq mütləq olacaq. Çünki ötən il Rusiya prezidenti ilə bizim 5-6 dəfə əlaqəmiz olub. Onun üçün bu müntəzəm haldır". Dövlət başçısı bunun üçün də görüşün mütləq olacağını bildirib. 

TASS-ın məlumatına görə, İ.Əliyev Rusiyanın yeni qurulan hökuməti ilə  Azərbaycanın konstruktiv əməkdaşlığının uğurla davam edəcəyinə əminliyini də bildirib.

"Əminəm ki. bu il ticarət dövriyyəsinin artırılması və çoxşaxəli əməkdaşlıq üçün çox uğurlu olacaq".