Tramp dünyanı şoka salan qərarı Ərdoğana görə verdi

22 Dekabr, 2018 12:22 | Siyasət | Baxış sayı: 281
D.Tramp və R.T.Ərdoğan
D.Tramp və R.T.Ərdoğan

Liderlərin söhbətinin detalları bilindi - "Niyə hələ oradasınız?"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın dövlət başçısı Donald Trampla arasında dekabrın 14-də baş tutan telefon danışığı zamanı nəyi müzakirə etdiyi bəlli olub. Bu barədə "Associated Press" məlumat yayıb. 

İddiaya görə, ABŞ prezidenti Türkiyə lideri ilə telefon danışığından sonra Suriyadan çıxmaq haqqında qərar qəbul edib. Agentliyin rəsmi şəxslərə istinadla verdiyi məlumata görə, R.T.Ərdoğan Trampdan "niyə hələ oradasınız?" (Suriya) deyə soruşub. O, qeyd edib ki, qalan İŞID-çılarla Türkiyə mübarizə apara bilər. 

Tramp isə danışıq zamanı təhlükəsizlik məsələləri üzrə köməkçi Con Boltona "Ərdoğanın dedikləri doğrudursa, niyə ABŞ hərbçiləri hələ Suriyadadır?" deyə sual verib. Bolton da Türkiyə prezidentinin sözlərini təsdiqləyib. 

Bolton İŞİD-ın böyük hissəsinin məhv edilməsinə baxmayaraq bu məsələdə zəfər elan etmək üçün səbrli olmaq lazım olduğunu bildirib. Amma buna baxmayaraq Tramp fikrini dəyişməyib və Suriyadan çıxacaqlarını açıqlayıb.  

Xatırladaq ki, bu barədə qərarını sonradan ABŞ prezidenti "Twitter"dən də elan edib: 
"Uzun zamandır Suriyada savaşırıq. İki ilə yaxındır prezidentəm və həqiqətən də uzun bir yol qət etmişik. İŞİD-ı məğlub etdik və torpaqları geri aldıq. Əsgərlərimizin evə qayıtmaq vaxtı çatıb".