Ermənilərə KTMT-də yeni zərbə - Rəhmon da Bakıda oxuyan generalı təsdiqlədi

22 Dekabr, 2018 15:30 | Siyasət | Baxış sayı: 123
Stanislav Zas
Stanislav Zas

Tacikistan prezidenti Baş katibi vəzifəsinə Stanislav Zasın namizədliyini dəstəkləyib

Belarus lideri Aleksandr Lukaşenkodan sonra Tacikistan prezidenti Emomali Rəhmon da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi vəzifəsinə təqdim edilən Stanislav Zasın namizədliyini dəstəkləyib. Rahmon Belarus nümayəndəsinin bu posta təyin edilməsi haqqında sənədi imzalayıb.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Vafo Niyatbekzodanın sözlərinə görə, bu sənəd təşkilatın bütün üzv dövlətləri tərəfindən imzalanmalıdır. Hələlik imzalanma vaxtı müəyyən edilməyib. 

Tacikistan Prezidenti dekabrın 14-də Daşkənddə S.Zas ilə görüş zamanı onun namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, bu posta təklif edilən namizəd təşkilatın üzvi olan dövlətlərdə - Qırğızıstan, Qazaxıstan, Tacikistan və Rusiyada olub. Zasın namizədliyinə qarşı olan Ermənistana isə onun səfəri planlaşdırılmayıb. 

S.Zas 1981-1985-ci illərdə Bakı hərbi məktəbində təhsil alıb. 

Bir zamanlar Ermənistandan olan Yuri Xaçaturovun rəhbərlik etdiyi KTMT-yə Bakıda təhsil alan generalın gətirilə biləcəyi barədə xəbər erməniləri narahat edir. 

Hərbi təşkilata rəhbərlik etmiş erməni general Yuri Xaçaturov Ermənistanda 1 mart 2008-ciil hadisələrinə görə ittiham edilib. Bir neçə ay öndə o İrəvanda həbs edilsə də, sionradan azad edilmişdi. Daha sonrs Xaçaturov KTMK baş katibi postundakı vəzifəsindən azad edilib.  Ermənistan nümayəndəsi 2020-ci ilədək seçildiyi halda, yalnız il yarım baş katib vəzifəsini tuta bilib.