ABŞ hökuməti fəaliyyətini qismən dayandırdı

22 Dekabr, 2018 11:50 | Siyasət | Baxış sayı: 41
Konqres də rəsmən onun qələbəsini təsdiqlədi
Konqres də rəsmən onun qələbəsini təsdiqlədi

Buna səbəb maliyyə çatışmazlığı olub

ABŞ Hökuməti öz fəaliyyətini qismən dayandırıb. Buna səbəb yaranış maliyyə çətinliyidir. Federal hökumət Meksika sərhədində divarın inşa edilməsi ilə bağlı maliyyə çətinliyi ilə üzləşib. Bu, 2018-ci ildə üçüncü qismi və müvəqqəti dayandırılmalıdır. 

Konqres və Ağ ev yeni bir büdcə ilə bağlı anlaşa bilməyiblər. Hökumət yeni bir büdcə işə düşənə qədər fəaliyyətini dayandıracaq. Federal qurumlar üçün çalışan milyonlarla amerikalı  bu müddət ərzində maaş almadan çalışacaq, ya da öz hesablarına məzuniyyətə çıxacaq. 

Səhiyyə, Əmək, Təhsil, Müdafiə nazirlikləri isə 1 oktyabrda başlayan yeni maliyyə ili boyunca maliyyəni təmin edəcək 854 milyard dollarlıq büdcə ilə çalışacaq.

ABŞ prezidenti bu vəziyyətin uzun müddət davam etməyəcəyinə ümid etdiyini bildirib.