Rusiyanın yeni ölüm maşını VİDEO

22 Dekabr, 2017 12:53 | Siyasət | Baxış sayı: 487
"Naxerta"
"Naxerta"

"Robot kamikadze" sınaqdan çıxdı

Rusiyanın qorxulu silahının sınağından görüntülər yayıldı. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, "Nexerta" adlanan hərbi robotun sınağı qış şərtlərində  sınağı Vladimirski poliqonunda olub. 

"Robot kamikadze" adlanan silahın yük götürmək qabiliyyəti 250 kq-dır. O, partlayıcı maddələrin, silah-sursatın daşınması üçün nəzərdə tutulub. Bundan başqa o kəşfiyyat, patrul xidməti göstərə, yaralıları xilas edə bilər. 

Robotlaşdırılmış "Naxerta" kompleksi böyük kalibrli "Kord", qumbaratan "АQ-30" ilə təhciz edilib. İdarəetmə məsafədən edilir. 

"Naxerta"nın uzunluğu 2,5 metr, eni isə 1,6 metrdir. Avadanlıqsız hündürlüyü 90 sm-ə çatır. Robotun 3 modulu var - hərbi, nəqliyyat və artileriya kəşfiyyatı. Gələcəkdə robotu ağır artileriya, o cümlədən tank əleyhinə raketlə təhciz etmək planlaşdırlır. Sınaqlardan sonra adıçəkilən robot istismara veriləcək. 

Qərb mətbuatı Rusiyanın yeni silahlarını bir cümlə ilə şərh edib - "Ayı qüvvəsini toplayır".