Lavrov Britaniyanın türk nazirinin cibinə girdi

22 Dekabr, 2017 18:15 | Siyasət | Baxış sayı: 378
Sergey Lavrov - Rusiya xarici İşlər naziri
Sergey Lavrov - Rusiya xarici İşlər naziri

Böyük Britanyanın xarici işlər naziri Boris Conson Moskvada rusiyalı  həmkarı Sergey Lavrovla görüş zamanı onunla zarafat edib.

İstiPress-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o, Rusiya XİN-in iqamətgahında danışıqlar qabağı öz paltosunu və əlcəyini Sergey Lavrova verib.

Daha sonra curnalistlər ona Rusiyada gəzməyin təhlükəli olub-olmaması ilə bağlı sual verəndə Boris Conson deyib ki, yox təhlükəli deyil: “Mən bura gələndə öz əlcəklərimi və paltomu cibində olan hər şeyi Sergey Lavrova etibar elədim. Mən bilirdim ki, o, göz-qulaq olacaq və onlarla bağlı heç nə baş verməyəcək”.

Sergey Lavrov isə zarafata cavab olaraq bildirib ki, paltonun cibi onsuz da boş idi.  Brois Conson da söz altında qalmayıb: “Yəni siz artın mənim ciblərimə girib axtarmısınız”.

Boris Conson 1919-cu ildə Osmanlının daxili işlər naziri olmuş  jurnalist Ali Kemalın nəvəsidir.  Ali Kemal onda Mustafa Kamal Atatürkə Anadoluda başladığı istiqlal savaşına görə ölüm hökmü kəsmişdi. Lakin 1922-ci ildə İstanbul Türkiyə istiqlalçılarının əlinə keçəndə hərbçilər onu asmışdı. Meyiti görən İsmət İnönü bərk əsəbiləşəndən sonra dərhal onu aparıb torpağa basırıblar. Boris Consonun atası Stenli Conson Ali  Kamalın ingilis qadınla olan ilk  evliliyindən dünyaya gəlib.         

Boric Conson və Sergey Lavrov
Boric Conson və Sergey Lavrov