Kastro əsri bitir

22 Dekabr, 2017 09:48 | Siyasət | Baxış sayı: 98
Raul Kastro
Raul Kastro

Kuba lideri postundan gedəcəyini açıqlayıb

Kubada kastro dövrü bitir. İstiPress-in məlumatına görə, Kuba Dövlət Şurası və Nazirlər Şurasının sədri Raul Kastro gələn il vəzifəsindən gedəcək. O, postunu aprel ayaında tərk edəcək. 

Bu barədə məlumatı R.Kastro özü verib. 

Qeyd eədk ki, parlament hazırki hakimiyyətin səlahiyyət müddətini aprel ayına kimi uzadıb. əslində bu vaxt fevral ayında bitirdi. 

Raul Kastro ölkəyə 2008-ci ildən rəhbərlik edir. Ondan öncə isə bu postu qardaşı Fidel Kastro tuturdu.