Gürcüstanın Qarabağda Ermənistana dəstək vermək qərarı

22 Dekabr, 2017 19:20 | Siyasət | Baxış sayı: 1910
Gürcüstan ordusu - 2008-ci il müharibəsində
Gürcüstan ordusu - 2008-ci il müharibəsində

Rəsmi Tiflis Gürcüstan naminə Rusiyanın sözünə baxdığını etiraf edib

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bildirib ki, fors-major hallarında Ermənistan yük daşımaq üçün Abxaziya və Cənubi Osetiyadan istifadə edə bilər.

İstiPressi-in məlumatına görə, Gürcüstan müxalifətini ciddi şəkildə özündən çıxaran bu məsələ rəsmi Tiflisin Abxaziya və Osetiyanın ilhaqı ilə razılaşması ilə yanaşı, həm də Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstək verməsi sayıla bilər.  

Həmin yol həm də hərbi qüvvənin rahat keçə biləcəyi yoldur. 2008-ci ildə baş vermiş müharibədə Rusiya tankları həmin yolu asanlıqla keçərək tez bir zamanda Qorini tutdular.    

“Sputnik Armeniya” portalının yazdığına görə, Ermənistan da Cənubi Osetiyadan keçən tranzit yolu ilə ciddi maraqlanır: “Ermənistana gələn yüklərin böyük hissəsi - 80 faizi Rusiyadan gəlir… İqtisadi baxımdan Ermənistan üçün ən əlverişli marşrut Cənubi Osetiyadan keçən  Şimali Osetiya - Qori marşurutudur. O, mövcud Lars yolundan 80 kilometr uzun olsa da əlverişli iqlim şərtlərinə görə daha üstün mövqedədir”.

Aydındır, Ermənistan da həmin yolla Rusiyadan hərbi yardım almaq niyyətindədir. Ola bilər ki, İrəvanın həmin yolun açılması ilə bağlı Tiflisə başladığı get-gəllərin arxasında Rusiya durur. Hər halda, Gümrüəki bazanı təmin etmək üçün rahat yola ehtiyacı var.  

Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələri
Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələri

Georgi Kvirikaşvili həmin dəhlizlərin 2011-ci ildə indiki müxalifətin Rusiya ilə bağladığı müqavilə əsasında açıldığını bildirir. Amma müxalifət dairələri 2011-ci ildə həmin müqaviləni ABŞ-ın diqtəsi ilə imzaladıqlarını, indi belə bir diqtənin olmadığını, həmçinin müqavilə dəhlizdən üçüncü ölkənin, yəni Ermənistanın istifadəsini nəzərdə tutmadığını bildirirlər.

Rəsmi Tiflis nə qədər etiraf  etməsə də burada Moskvanın diqtəsi özünü göstərir. Son aylarda Tiflis də İrəvan kimi Moskvanın dediyi ilə oturub - qalxmağa başlayıb. Məsələn, “Vestnik Kavkaza” portalının yazdığına görəbaş nazir Georgi Kvirikaşvili bu günlərdə Borcom dərəsində baş vermiş meşə yanğının söndürülməsinə Rusiyadan helikopterlər çağırıb və bu, parlamentdə ciddi mübahisələrə səbəb olub. Kvirikaşvili addumun belə izah edib ki, Rusiyadan gələn yardımı geri qaytarmaqla Gürcüstanı təhlükə qarşısında qoya bilməzdi. Yəni şərhə ehtiyac yoxdur.