Ermənilərdən ailələrinə "bir buket" xəstəlik

22 Dekabr, 2017 10:29 | Siyasət | Baxış sayı: 89
HİV
HİV

HİV və siflisin artım səbəbi açıqlandı

Son illər Ermənistanda HİV və siflis xəstələri daşıyıcılarının sayı sürətlə artır. Bu barədə jurnalistlərə Ermənistan Səhiyyə Nazirliyinin elmi mərkəzinin direktoru Mikael Saakyan deyib.

Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının bu gün problemləri o qədər çoxdur ki, sağlamlıqla bağlı qayğılar 2 hətta 3-cü plana keçir. Bunun səbəbi isə ilk növbədə işsizlikdir. İş axtarışı ilə ermənilər dünyanın müxtəlif yerlərinə qaçırlar. Qayıdanda isə evlərinə anacaq pul yox, həm də bir buket infeksion xəstəlik də gətirirlər.

“Xəstəlik daşıyıcılarının məcburi müayinəsinin  beynəlxalq konvesiya ilə qadağan edildiyi bir vaxtda çox təssüf ki, onalrı müəyyən etmək də çətinləşir".