Ərdoğan Putinə təşəkkür elədi

22 Dekabr, 2017 15:53 | Siyasət | Baxış sayı: 199
Vladimir Putin - telefonla danışır
Vladimir Putin - telefonla danışır

Türkiyə prezidentinin adminstrasiyasındakı mənbənin jurnalistlərə sızdırdığı məlumat

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prexidenti Vladimir Putin telefonla zəng edərək Rusiyanın Qüds məsələsində tutduğu mövqeyə görə təşəkkür edib.

İstiPress-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Türkiyə prezidentinin adminstrasiyasındakı mənbə bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasının Qüdsün statusu ilə bağlı ABŞ-ın qərarının əleyhinə qətnamə qəbul edərkən yalnız 9 ölkə - ABŞ, İsrail, Honduras və bir neçə ada dövlət bunun əleyhinə çıxmışdı. 128 dövlət isə qətnamənin lehinə səs vermişdi.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir qədər önjə ABŞ-ın İsraildəki səfirliyinin Tel-Evivdən Qüdsə köçürülməsi barədə sərənjam vermişdi. Bu, Qüdsü İsrailin paytaxtı kimi tanımaq demək idi. Halbuki, BMT çərçivəsində qəbul edilmiş qərarlara görə, Qüds Fələstin və İsrail arasında bölünməlidir. ABŞ səfirliyini məhz münaqişəni həllindən sonra Qüdsə köçürməyi qərara almışdı.

Trampın bu addımı ABŞ tərəfindən Qüdsün bütünlüklə İsrail ərazisi kimi tanınması mənasını verirdi ki, Türkiyə və bir sıra müsəlman ölkələri bunun əleyhinə çıxmışdalar.