BMT dünyanı hədələyən ABŞ-ı peşman etdi

22 Dekabr, 2017 08:45 | Siyasət | Baxış sayı: 327
BMT
BMT

Ölkələr birləşib Trampı dayandırdı

BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımayıb. Baş Assambleya ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 128 ölkə səs verib. 9 ölkə qətnamənin əleyhinə səs verib. 35 dövlət isə bitərəf qalıb.

Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya səs verib.

Xatırladaq ki, D.Tramp Qüdsü İsrailin paytaxtı kimi tanınması haqqında qəraraını dekabrın 6-da verib. Bundan sonra dünya dövlətləri onun bu addımına qarşı çıxıb, geri addım atmağa çağırıb. Lakin bu cəhdlərin heç biri nəticə verməyib.

Ötən gün ABŞ prezidenti Donald Tramp ölkəsini dəstəkləməyənlərin maliyyə yardımlarını kəsə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. 

Bir neçə gün öncə isə ABŞ BMT-nin Təhlükəsizlik Şurasının prezident Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması qərarını rədd edən qətnaməsinə veto tətbiq etmişdi.