Azərbaycanlı deputat əməliyyat olunacaq

22 Dekabr, 2017 16:36 | Siyasət | Baxış sayı: 238
Milli Məclis
Milli Məclis

Azərbaycan Milli Məclisinin yəhudi milliyyətindən olan olan üzvü Yevda Abramov İsrailə müalicəsini davam etdirir.

Deputatın Qubadakı Qırmızı Qəsəbədə yaşayan qohumlarından İstiPress-in şimal bürosuna məlumat veriblər ki, Yevda Abramov hələ əməliyyat olunmayıb, yaxın günlərdə əməliyyat olunacağı gözlənilir.

Qohumları onu da bildirdi ki, Yevda müəllimin övladları İsraildə yaşayırlar və onun qayğısına qalırlar. Yəni Yevda müəllim həm onları görməyə, həm də müalicəyə gedib.   

Onun Azərbaycana nə vaxt gələcəyi məlum deyil. Bu, müalicəsindən asılıdır.

Yevda Abramov- Millət vəkili
Yevda Abramov- Millət vəkili