Ayaz Mütəllibovun evində yeni körpə

22 Dekabr, 2017 16:47 | Siyasət | Baxış sayı: 397
Ayaz Mütəllibov - Azərbaycanın keçmiş prezidenti
Ayaz Mütəllibov - Azərbaycanın keçmiş prezidenti

Azərbaycanın keçmiş prezidenti çox sevinir

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun nəticəsi dünyaya gəlib.

İstiPress-in məlumatına görə, bu barədə Modern.az-a  eks-prezidentin yaxınları məlumat verib.

“Hazırda Ayaz müəllimin başı qarışıqdır. Oğlunun nəvəsi bir neçə saat olar dünyaya gəlib. Çox sevinir. Bu yaşda nəticə sahibi olmaq Ayaz Müəllim üçün Tanrı tərəfindən verilən ən gözəl hədiyyədir. Hələ adının nə qoyulacağını bilmirik”,- deyə bildirilib.

Qeyd edək ki, eks-prezidentin ikinci nəticəsidir. Bundan əvvəl dünyaya gələn oğul nəticəsinə Ayaz adı verilib.