ABŞ ölkələrə "qonaqlıq" verəcək

22 Dekabr, 2017 11:15 | Siyasət | Baxış sayı: 102
BMT- Qüds səsverməsi
BMT- Qüds səsverməsi

Ziyafətdə ona dəstək olan ölkələrin nümayəndələri iştirak edəcək

ABŞ BMT-də ona dəstək verən ölkələrə ziyafət verəcək. İstiPress-in məlumatına görə, xüsusi ziyafətə Qüdsün İsrailin paytaxtı kimi tanınmaması haqqında qətnamə layihəsinin əleyhinə səs verən, bitərəf qalan və səsvermədə iştirak etməyən dövlətlərin nümayəndələri dəvət ediləcək. Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyle bildirib.

Onun bu münasibətlə dərc edilən məktubunda qeyd edilən ölkələrə ABŞ ilə yan-yana  olduqları, dostluqları üçün təşəkkür edilib. Ziyafətin yanvar ayının 3-də olacağı planlaşdırılır. 

Xatırladaq ki, BMT-nin adıçəkilən qətnaməsi 128 səslə qəbul edilib. 9 ölkə qətnamənin əleyhinə səsverib, 35 ölkə bitərəf qalıb, 21 ölkə də səsverməyə qatılmayıb.

D.Tramp Qüdsü İsrailin paytaxtı kimi tanınması haqqında qəraraını dekabrın 6-da verib. O, ölkəsinin səfirliyinin bu şəhərə köçürüləcəyini elan edib. 

Ötən gün ABŞ prezidenti Donald Tramp ölkəsini dəstəkləməyənlərin maliyyə yardımlarını kəsə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.