Moskvada Azərbaycanın məşhur pavilyonuna yeni nəfəs verildi

22 Noyabr, 2019 09:27 | Siyasət | Baxış sayı: 72
Azərbaycan pavilyonu
Azərbaycan pavilyonu

Pavilyonun açılışını bu gün Mehriban Əliyeva edəcək

Rusiyada səfərdə olan Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Federasiya Şurasının sədri Valentina Matviyenko ilə birlikdə "Azərbaycan" pavilyonunun açılışını edəcək. Açılış Moskvada - Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinində baş tutacaq. 

Bu barədə Matviyenko özü məlumat verib. Onun sözlərinə görə, pavilyonun bərpasından sonra Azərbaycanı bütün gözəllikləri ilə nümayiş etdirmək imkanı yaranıb. "Söhbət həm iqtisadi, həm humanitar, həm də mədəni sahədən gedir. Çox gözəl alınıb".

Xatırladaq ki, Pavilyon 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Useynov tərəfindən inşa edilmişdi. Pavilyonun görünüşü Azərbaycan etnik motivləri ilə Stalinist memarlıqı üslubunda tərtib edilib. Binanın planı düzbucaqlıdır, divarlar mərmərlə işlənib. Binanın baş fasadı 16 metrlik iki sütunlu portal ilə ifadə olunub. Fasad Azərbaycan naxışları, qızılı rəngdə üzüm ornamentləri ilə bəzədilmişdi. 

Bu gün həmçinin Rusiya prezidenti Vladimir Putin də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşəcək.