"Ora nə kefə gedibmiş, nə kurorta..."
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vətəndaşlarla görüşə helikopterlə getməsinin səbəblərini açıqlayıb. Bu barədə o, Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, həmin vaxt avtomobili bərbad vəziyyətdə olub və buna görə də hərbi helikopterlə vətəndaşlarla görüşə gedib: "Buna görə də hərbçilərə zəng etdim. Görüş cəbhə bölgəsində idi və məni onlarla insan gözləyirdi. Hərbçilərə zəng edib, xahiş etdim ki, reys varsa məni də özləri ilə aparsınlar. Mən hərbi helikeptorla getmişəm. Bu təhlükəli gediş idi. Sərhəd zonasında görüş idi və hər şey ola bilərdi. Mən qısa müddətdə ora çatdım, 50-dən çox qadını qəbul etdim. Komitə ən aşağı büdcəli qurumdur. Mən ora nə kefə getmişdim, nə də kurorta".
Avropada Ermənistanla bağlı ciddi məyusluq yaranıb
İlham Əliyev ümumilli lider heydər Əliyevin xatirəsini anıb
Əmircanda bələdiyyə sədrinin ailəsi və yaxın qohumlarından 8 namizəd var
O, Novodeviçi qəbiristanlığında, Sergey Mixalkovun məzarının yanında dəfn olunub
Anım saatları günün sonunacan davam edəcək.