Ərdoğanın səfərindən sonra ermənilərə ABŞ-dan ikinci şok

22 Noyabr, 2019 12:39 | Siyasət | Baxış sayı: 271
Senator
Senator

Daha bir senat qondarma soyqırımı layihəsini rədd etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a noyabrın 12-13-də baş tutan səfərindən sonra ermənilər ikinci şoku yaşayıblar. Qondarma erməni soyqırımı haqqında qanun layihəsi ikinci dəfə əngəllənib. 

Ötən həftə respublikaçı Lindsi Qrem tərəfindən blok edilən layihəyə bu dəfə də Corciya ştataından olan David Perdue qarşı çıxıb. Onun sözlərinə görə, indi bu qanunun qəbulu üçün doğru zaman deyil. Senat bildirib ki, bu layihə Türkiyə ilə münasibətləri bərpa etmək cəhdlərini baltalaya bilər.

Xatırladaq ki, ABŞ Senatında hər hansı səsverməyə bir senator qarşı çıxaraq mane ola bilər.

ABŞ Nümayəndələr Palatası oktyabrın 29-da  1915-ci il hadisələrinin qondarma erməni soyqırımı kimi tanıyan qərar qəbul edib. Bu layihəni 405 nəfər dəstəkləmişdi.