Qaçan baş nazir ortaya çıxdı - vəzifəsində qalacaq

22 Noyabr, 2017 14:55 | Siyasət | Baxış sayı: 94
 Saad Hariri
Saad Hariri

Həriri istefa fikrindən daşınıb

17 gündür itkin düşən Livanın baş naziri Səəd Həriri ortaya çıxıb. İstiPress-in məlumatına görə, Həriri qərarını dəyişib və istefa verməkdən imtina edib.

Noyabrın 22-də gecə saatlarında Səəd Həriri vəzifəsindən istefa verdikdən sonra ilk dəfə Livana qayıdıb.

O, bu addımı Livan Prezidenti Mişel Aunun xahişi ilə atdığını bildirib. "Prezidentə istefamı təqdim etdim, gözləməyimi istədi. Mən də qəbul etdim". 

Qeyd edək ki, S.Həriri həyatına təhlükə yaranması səbəbindən noyabrın 4-də istefaya getdiyinə dair bəyanatla çıxış edib. O, Əl Riyada səfəri zamanı istefa verdiyi elan edib. Ölkə əhalisi Saad Haririnin Səudiyyədə girov saxlandığıı düşünürdü. Prezident Mişel Aoun da Haririnin istefasını ölkəyə qayıdaraq, səbəbləri ilə birlikdə təqdim etməyənə kimi qəbul etməyəcəyini açıqlamışdı.