Xankəndində oturan erməni general İrəvanı qatdı

22 Oktyabr, 2019 11:53 | Siyasət | Baxış sayı: 309
İlham Əliyev və Nikol Paşinyan
İlham Əliyev və Nikol Paşinyan

"Paşinyanın İlham Əliyevlə liftdə nə danışdığını bilirik"

Bu günlərdə Azərbaycanın işğal altında olan torpaqlarında -  Xankəndində mətbuat konfransında çıxış edən separatçı rejimin keçmiş Təhlükəsizlik xidmətinin katibi Vitali Balasanyan bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa münasibəti, siyasəti keçmiş prezident Levon Ter Petrosyanınkı ilə eynidir. 

Erməni mətbuatının yazdığına görə, Balasanyan hesab edir ki, Paşinyanın siyasətinin mahiyyəti Qarabağa Azərbaycanın tərkibində tam muxtariyyət verilməsidir. O, jurnalistlərə bildirib ki, Paşinyanın Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə liftdə, eləcə də  MDB sammitində nə danışdığını yaxşı bilir.

“Bizim öz etibarlı mənbələrimiz var. Biz baş nazirin kiminlə görüşdüyünü, onun lift diplomatiyası haqqında bilirik. Bu barədə əvvəl danışmırdıq. Ümid edirdik ki, o Azərbaycan prezidenti ilə nə haqqında danışdığını özü deyəcək”.

Xatırladaq ki, Düşənbə sammiti ötən ilin sentyabr ayında baş tutub.  Bu sammit çərcivəsində Azərbaycan prezidenti İlham Əliyevlə erməni baş naziri Nikol Paşinyanın ilk görüşü də olub. Onlar hətta birlikdə eyni liftdə də qalxıblar.