Tramp Azərbaycanın qonşusunu hədələdi

22 Oktyabr, 2019 09:20 | Siyasət | Baxış sayı: 102
ABŞ və İran
ABŞ və İran

"Nəsə etsə, ona heç vaxt vurulmadığından zərbə vurulacaq"

"Mən müharibələrdən çıxmağa çalışıram, həmçinin ola bilər, bizə müharibələrə daxil olmaq lazım gələcək. Biz nə vaxtsa olduğundan daha yaxşı hazırlaşmışıq". Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə öz kabinetinin iclası zamanı jurnalistlərə bildirib.

ABŞ prezidenti İranı rəsmi Tehran tərəfindən qəbuledilməz hərəkətlərin davam edəcəyi təqdirdə görünməmiş zərbə ilə hədələyib. O, deyib ki, əgər İran nəsə etsə, ona heç vaxt vurulmadığından zərbə vurulacaq.

Bununla yanaşaı Tramp dünyada savaş istəmədiyini də qeyd edib. "Ancaq elə hadisə baş verə bilər ki, biz savaşmalı olarıq".  

Silahdan istifadə edən ölkələrə necə təsir etməkdən bəhs edərkən isə amerikalı lider ölkəsinin başqa dövlətlərin iqtisadiyyatına güclü təsir qabiliyyəti barədə danışıb. 

"Gördüyüm ən ağır işlərdən biri həlak olan hərbçilərin ailələrinə məktub yazmaqdır. Mən onlara nə üçün, səbəbi bəlli olmadan övladlarının YAxın Şərqdə həlak olduğunu deməli oluram".