Putin - Ərdoğan görüşü başladı

22 Oktyabr, 2019 15:25 | Siyasət | Baxış sayı: 76

Putin Suriyadakı vəziyyətin kəskin olduğunu bildirib

Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan Soçidə görüş keçirir.

İstiPress-in məlumatına görə, bu barədə RİA "Novosti" məlumat yayıb.

Qeyd olunur ki, görüş zamanı Putin Suriyadakı vəziyyətin kəskin olduğunu bildirib.

"Bunu hamı görür və başa düşür. Rusiya ilə Türkiyə arasında bu mövzuda məsləhətləşmələrə tələbat çoxdur", - o deyib.