Ərdoğana dostum deyən Trampdan yeni hədə-qorxu

22 Oktyabr, 2019 11:13 | Siyasət | Baxış sayı: 97
Donald Tramp
Donald Tramp

"Sizdən, saxta alimlərdən daha çox şey bilirəm"

ABŞ lideri Donald Tramp terrorçuların Türkiyənin Suriya ilə sərhəddindəki təhlükəsiz zonadan çıxmaq üçün verilən vaxtın bitməsinə sayılı zaman qalmış yeni bəyanat verib. ABŞ prezidenti yenə Türkiyəni hədələyib.

ABŞ lideri Ağ evdə Nazirlər Şurasını toplayıb. Toplantıdan öncə jurnalistlərə açıqlamasında o Suriyada atəşkəsin davam etdiyini deyib. "Kiçik toqquşmalar olsa da atəşkəs davam edir". Onun sözlərinə görə, Türkiyə ilə anlaşma çərcivəsində bölgədən PKK/PYD üzvləri çıxır və bu ağıllı addımdır. "Əgər Türkiyə düzgün davranmazsa sanksiyalar və vergilər tədbiq edərik.

Kürdlərə də 400 il bölgədə qalacağımıza dair söz verməmişik. ABŞ əsgərlərini bu bölgədən çıxarmaqla ağıllı davrandıq". 

Tramp Barak Obamanın Suriya siyasətini də tənqid edib. Onun sözlərinə görə, o zaman İŞID hər yerdə idi. "Onları mən yaxaladım. Sizdən, ya da saxta alimlərdən daha çox şey bilirəm".

Xatırladaq ki, bu gün axşam Türkiyənin terrorçulara Suriya ilə sərhəddəki təhlükəsiz bölgədən çıxmaq üçün verdiyi 120 saatlıq müddət başa çatır. Ərazi təmizlənmərsə Türkiyə yarımçıq saxladığı "Barış pınarı" əməliyyatını davam etdirəcəyini açıqlayıb.

Adıçəkilən əməliyyat oktyabrın 9-da başlayıb. Bir neçə gün ərzində bölgədə 700-ə yaxın terrorçu məhv edilib.