Paşinyanın ilk məğlubiyyəti

22 Oktyabr, 2018 10:42 | Siyasət | Baxış sayı: 119
Ermənistanda seçkilər
Ermənistanda seçkilər

Xalq baş nazirin dəstəklədiyi namizədə "yox" dedi

Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyan ilk dəfə məğlubiyyətlə üzləşdi. Bu yəqin ki, son olmayacaq.

Belə ki, ölkənin dörd iri şəhərində mer seçkisi baş tutub. Seçkidən öncə Paşinyan bu şəhərlərə səfər edərək özünün dəstəklədiyi namizədlərin leyhinə mitinqlər keçirib, seçiciləri onlara səs verməyə çağırıb. Amma hər şey onun istədiyi kimi olmayıb. Onun dəstəklədiyi namizədlərdən biri Narek Babayan soyadlı şəxs seçkidə öz bitərəf rəqibinə məğlub olub. 

Bundan başqa şəhərlərdəki seçici fəallığı da biabırçı səviyyədə olub. Mərkəzi seçki Komitəsinin məlumatına görə, fəallıq 30 faizdən bir az yuxarı olub. 

İndi Paşinyanın mümkün qədər tez parlament seçkisi keçirrmək arzusunun nə ilə bağlı olduğu aydındır. Axı bu şəhərlərdəki seçkilərdə onun dəstəklədiyi namizədin məğlubiyyəti, fəallığın azlığı Paşinyanın reytinqinin düşməyə başladığından xəbər verir.

Bir aydan sonra onun hansı səviyyədə olacağını bir Allah bilir.