Özünə 65 min manat maaş yazan azərbaycanlı məmurun maşın kolleksiyası

22 Oktyabr, 2018 09:33 | Siyasət | Baxış sayı: 561
"Porshe Boxster"
"Porshe Boxster"

Siyahıda "Porshe Boxster", "Land Rover Discovery","Mercedes", "Range Rover" və ss. maşınlar var

Maliyyə Bazarlarına Nəzarət Palatasınin keçmiş rəhbəri Rüfət Aslanlı on avtomobildən artıq maşının olduğu şəxsi avtoparka malikdir.

R.Aslanlının qohumlarının, öz şirkətləri və nəzarəti altında olan müəssisələrin adına yazdırdığı avtomobillərin dəyəri milyonlarla manatla ölçülür.

Bir neçə gün əvvəl virtualaz.org Rüfət Aslanlının göy sportkarda işə necə getdiyinin əks olunduğu video yaymışdı. Dəqiqləşdirmişik ki, 2015-ci il-də istehsal edilmiş və qiyməti 150 min dollar olan həmin göy "Porshe Boxster" (10 SN 003) 1967-ci il təvəllüdlü Yeganə Aslanovanın adına yazılıb. Videoda görünən və 2010-cu il istehsalı olan "Land Rover Discovery" (99 AA 035) müşayiət maşını isə Rüfət Aslanlıya məxsus “Tədarük” MMC-nin adına sənədləşdirilib.

Bu şirkətin adına Rüfət Aslanlının daha iki avtomobili yazılıb: 2007-ci il buraxılışı olan qara "Toyota Camry" (90 AA 035) və 2015-ci ildə istehsal edilmiş qara "Mercedes Benz S500" (10 AA 035).

Araşdırma zamanı virtualaz.org daha bir maraqlı detalı müəyyən edə bilib. Rüfət Aslanlı şəxsi avtoparkının bir hissəsini nəzarəti altında olan müəssisələrin adına yazdırıb. Məsələn, Rüfət Aslanlının şəxsi avtoparkından "Toyota Prado" (10 PP 343) və "Range Rover Vogue" (90 AA 343) "Bakı fond birjası" Qapalı Səhmdar Cəmiyyətinin adına sənədləşdirilib. Daha iki şəxsi avtomobili - qara "GMC Yukon Denali" (10 AB 343) və ağ "KIA Cerato"nu (10 AH 343) Rüfət Aslanlı nəzarəti altında olan Milli Depozit Mərkəzinə “təhkim edib”.

BMW LI (10 AA 343) və "Mercedes S 500" (90 AA 343) avtomobillərinin sənədləri isə Maliyyə Bazarlarına Nəzarət Palatasının və sabiq-məmura malik "Ş İnşaat"ın adına tərtib olunub.

Rüfət Aslanlıya məxsus daha bir "Range Rover" (10 YY 035) avtomobili Bank Avrasiya Açıq Səhmdar Cəmiyyətinin bazasında tapılıb. Məlum olduğu kimi, bu bankın sahibi şəxsən Rüfət Aslanlıdır. Məmur bankın idarə olunmasını doğma qardaşı Fuad Aslanova həvalə edib.

Bu fakt xüsusi maraq doğurur, çünki açıq mənafe konflikti göz qabağındadır. Məsələ ondadır ki, banka sahib olarkən, Rüfət Aslanlı elə bir struktura başçılıq edirdi ki, onun vəzifəsi maliyyə sahəsində münasibətləri nizama salmaq və həmçinin, banklar üçün bərabər rəqabət şəraiti təmin etmək idi.