Öldürülən jurnalistin nişanlısı qorunacaq

22 Oktyabr, 2018 10:22 | Siyasət | Baxış sayı: 62
Camal Kaşıkçı və nişanlısı
Camal Kaşıkçı və nişanlısı

Ona 24 saatlıq mühafizə təyin edilib

Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda qətlə yetirilən jurnalist Camal Kaşıkçının nişanlısı 24 saat mühafizə olunacaq. 

Hatice Cengizin təhlükəsizliyi üçün mühafizə edilməsi ilə bağlı qərar İstanbul valiliyi tərəfindən verilib.

"Washington Post"un əməkdaşı oktyabrın 2-də konsulluq binasına girmiş və bir daha ondan xəbər alınmamışdı. Nişanlısı onun qətlə yetirildiyini iddia edirdi. Jurnalistin taleyinin müəyyən edilməsi üçün ortaq komissiya qurulmuş, konsulluq binasında axtarışlar aparılmışdı. 

Bu hadisədən 18 gün sonra Səudiyyə krallığı tərəfindən yayılan açıqlamada jurnalistin qətlə yetirildiyi təsdiqlənmişdi. Məlumata görə, o konsulluq əməkdaşları ilə mübahisə nəticəsində aldığı yumruq zərbəsindən ölüb. Lakin mərhumun meyitinin harada olması bəlli deyil.